26 yaşlı bu qadın AXTARILIR

26 yaşlı bu qadın AXTARILIR
16:54

Cəlilabadda 26 yaşlı qadın itkin düşüb.

News365.az xəbər verir ki, rayon sakini Mətanət Hüseynova fevralın 9-da rayonun Sərhədabad kəndində yaşadığı evdən çıxaraq naməlum istiqamətə gedib. O bir daha geri qayıtmayıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, şəxsin itkin düşməsi ilə bağlı daxil olmuş məlumat üzrə axtarış elan edilib. Hazırda onun tapılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Şəxsi görənlərdən DİN-in "102" Xidməti Zəng Mərkəzinə, həmçinin (+994) 55-248-17-33 mobil nömrəsinə zəng edərək məlumat vermələri xahiş edilir.


Sizin reklam burada
Sizin reklam burada