DTX Gültəkin Hacıbəylinin evində axtarış aparıb

DTX Gültəkin Hacıbəylinin evində axtarış aparıb
18:40

Milli Şuranın üzvü, sabiq deputat Gültəkin Hacıbəylinin evində axtarış aparılıb.

News365.az xəbər verir ki, Ramiz Mediyev və digərləri barəsində Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi çərçivəsində DTX tərəfindən Gültəkin Hacıbəylinin evində axtarış aparılıb. O, şahid qismində ifadə verməyə dəvət olunub.

Qeyd edək ki, Gültəkin Hacıbəyli fevralın 12-də Türkiyədən Azərbaycana deportasiya olunub.

O, ötən il noyabrın 30-da İstanbulda yaşadığı evdən polis şöbəsinə, oradan isə Çatalca Geri Göndərmə Mərkəzinə aparılıb. APA


Sizin reklam burada
Sizin reklam burada