Ufuk Özkanın səhhəti ilə bağlı ziddiyyətli xəbərlər

Ufuk Özkanın səhhəti ilə bağlı ziddiyyətli xəbərlər
17:34

Türkiyənin tanınmış aktyoru, “Geniş Ailə” serialındakı “Cevahir” obrazı ilə məşhurlaşan Ufuk Özkanın intihar cəhdi etdiyi iddiası gündəmə gəlib.

News365.az xəbər verir ki, mətbuatda yayılan məlumatlara görə, 50 yaşlı aktyor Beşiktaşdakı evində dərman qəbul etdikdən sonra xəstəxanaya aparılıb. İddialar onun reanimasiyaya yerləşdirildiyini də ehtiva edib.

Lakin Ufuk Özkan yayılan xəbərləri təkzib edərək səhhətinin yaxşı olduğunu bildirib:
“Beni öldürməyəmi çalışırlar? Üzümə ekzema çıxdığı üçün iki gündə bir həkimə gedirəm. Hazırda evimdə istirahətdəyəm”.

TiyatroTr hesabından yayılan açıqlamada isə aktyorun istifadə etdiyi dərmanların təsiri səbəbindən nəzarət üçün xəstəxanaya müraciət etdiyi qeyd olunub. Bildirilib ki, həkimlərin tövsiyəsi ilə o, 48 saat müşahidə altında saxlanılacaq və sonra evə buraxılacaq.

Bununla yanaşı, aktyorun qardaşı Umut Özkan isə ağabeyinin reanimasiyaya yerləşdirildiyini açıqlayıb. Onun sözlərinə görə, Ufuk Özkan uzun müddətdir sirozdan müalicə alır, lakin orqan köçürülməsi üçün həkim heyətinin mənfi rəyi aktyoru dərin sarsıdıb.

Hazırda sənətçinin vəziyyəti ilə bağlı ziddiyyətli məlumatlar yayılır və pərəstişkarları ondan yaxşı xəbər gözləyir.

News365.az


Sizin reklam burada
Sizin reklam burada