Nazir hamilə arvadının şəklini PAYLAŞDI - Tənqid olundu

Nazir hamilə arvadının şəklini PAYLAŞDI - Tənqid olundu
13:41

Ermənistanın müdafiə naziri Suren Papikyan ailə fotolarını Facebook səhifəsində paylaşıb.

News365.az-a bildirir ki, nazir  paylaşımında "Sevimli qızımız Nrane 3 yaşına çatdı. Ad günün mübarək, möcüzəmiz", - deyə yazıb.

Fotolarda Papikyanın həyat yoldaşının hamilə olduğu və ailənin ikinci uşağı gözlədiyi görünür.

Nazir həyat yoldaşının hamilə şəklini paylaşdığına görə, sosial şəbəkələrin erməni seqmentində sərt tənqidlərə tuş gəlib. Erməni sosial şəbəkə istifadəçiləri Papikyanı buna görə qınayıblar.

Qeyd edək ki, Suren Papikyan bundan əvəllər də ailə fotolarını sosial şəbəkələrdə paylaşıb.


Sizin reklam burada
Sizin reklam burada