“Ermənistan mütləq konstitusiyasında dəyişiklik etməlidir“ - Arzu Nağıyev

“Ermənistan mütləq konstitusiyasında dəyişiklik etməlidir“ -  Arzu Nağıyev
01 İyl 2024 11:19

Azərbaycanla Ermənistan arasında sülh prosesini gecikdirən səbəblərdən biri də Ermənistanın konstitusiyasında Azərbaycan torpaqlarına ərazi iddialarının olmasıdır.

Mövzu ilə bağlı News365.az-a danışan Milli Məclisin deputatı Arzu Nağıyev bildirir ki, Ermənistan konstitusiyasında dəyişklik etməsə acı fəsadlara gətirib çıxara bilər:

"Sülh müqaviləsinin imzalanması üçün mühüm məsələ ondan ibarətdir ki, Ermənistan sonradan bizə ərazi iddiası ilə çıxış etməsin. Ermənistanın konstitusiyasında belə bir maddə var.  Onlar Azərbaycan  və Türkiyə torpaqlarına iddialıdırlar. Bu gün ən əsas problemlərdən biri onların Azərbaycan ərazilərinə, suverenliyinə iddiasıdır. Ermənistan konstitusiyası mütləq şəkildə dəyişdirilməlidir. Bunun üçün də referendum keçirilməlidir.  Bu referendumun keçirilməsi üçün elan olunmalıdır. Sülh müqaviləsi imzalansa qanun şəkilində radifikasiya vaxtı böyük problemlər ortaya çıxacaq. Ona görə də ilk növbədə konstitusiyanın dəyişdirilməsi istiqamətində müvafiq addımlar atılmalıdır. Bəyanat verə bilərlər ki, sülh müqaviləsi indi imzalana bilər, bir aya və yaxud noyabrda imzalana bilər, lakin paralel olaraq bunun qanuniləşdirilməsi üçün bu addımlar atılmalıdır. Təbii ki, burda daxili gərginlik var, ermənilərin havadarları, revanşist ideya ilə yaşayanlar çalışırlar ki, qanunda dəyişiklik olmasın. Lakin bu dəyişikliklər mütləq şəkildə olmalıdır. Əks halda bu acı fəsadlara gətirib çıxara bilər. Buna görə də düşünürəm ki, Ermənistan hakimiyyəti ilk növbədə bu proseslərdə daha ciddi olmalıdır. Əgər sülh istəyirlərsə, Cənubi Qafqazda hər hansı bir ocaqların yaranmasını istəmirlərsə, mütləq şəkildə bu addımlar atılmalıdır. Çünki sülhün bərqərar olunması ilk növbədə Ermənistanın özünə daha çox lazımdır. Azərbaycan öz müstəqil daxili və xarici siyasətini aparır və Ermənistana da tövsiyyə edir ki, heç bir diqtə olmadan öz daxili və xarici siyasətini  aparsın"-deyə deputat fikirlərini bildirib.

Vəfa Vəliyeva, News365.az


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər