Ermənipərəst konqresmenlərdən növbəti HƏYASIZLIQ

Ermənipərəst konqresmenlərdən növbəti  HƏYASIZLIQ
01 İyl 2024 15:10

Nə ermənilər, nə də ki, onların havadarları dayanmaq fikrində deyil. Məsələn, ötən həftə Amerikalı konqresmenlər Anna Eşu və Kris Smit Qarabağda “etnik təmizləmə”ni pisləyən qətnamə təqdim ediblər.

Konqresmenlər Azərbaycanın Qarabağın erməni əhalisinə qarşı “etnik təmizlənmə”sini pisləyən və prezident Co Bayden administrasiyasını Azərbaycanı soyqırım təcavüzünə görə məsuliyyətə cəlb etmək üçün təcili addımlar atmağa çağıran ikipartiyalı qətnamə təqdim ediblər.

“Keçən il Azərbaycanın Qarabağa hücumu əsrlər boyu bu bölgəni vətəni adlandıran etnik erməni icmasının yoxa çıxmasına səbəb oldu. Azərbaycanın hərəkətləri etnik təmizləmənin bütün təriflərinə cavab verir və bu şəkildə pislənməlidir”-deyə  Anna Eşu bildirib. O, əlavə edib ki, Konqresə təqdim olunan qətnamədə erməni xalqına qarşı törədilmiş vəhşiliklər açıq şəkildə sənədləşdirilib və ABŞ-ın ədalətin bərqərar olması və bu cinayətlərə görə məsuliyyət daşıması üçün atmalı olduğu mühüm addımlar öz əksini tapıb.

Təqdim olunan qətnamənin digər müəllifi Kris Smit qeyd edib ki, Azərbaycanın  Qarabağda yaşayan ermənilərə qarşı yönəltdiyi “dəhşətli vəhşiliklər” və “etnik təmizləmə” ermənilərin öz qədim vətənlərində dinc və azad yaşamaq, öz dini etiqadlarını yerinə yetirmək hüququnu heç də inkar etmir”.

Qətnamədə Azərbaycanın 100 mindən(?) çox ermənini Qarabağdan zorla çıxarması etnik təmizləmə aktı kimi tanınır və administrasiyadan qətiyyət nümayiş etdirməyə çağırılır.

Bundan əlavə, qətnamə ABŞ-ı Cənubi Qafqazda ədalətli və davamlı sülhün bərqərar olmasına yardım etməyə çağırır. Bundan əlavə Qarabağın keçmiş siyasi liderləri də daxil olmaqla, “qanunsuz saxlanılan” bütün erməni hərbi əsirlərin və mülki məhbusların azad edilməsini təmin edilməsi kimi sərsəm fikirlər yer alıb.

İlhamə Qiyas, News365.az

 


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər