“Qiymət dəyişiminə qarşıyam” - Tural Abbaslı

“Qiymət dəyişiminə qarşıyam” -  Tural Abbaslı
01 İyl 2024 17:35

“Burada söhbət artan 10 qəpik deyil,  ondan sonra baş verə biləcəklərdən  gedir.”

Bunu News365.az-a açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı deyib. O bildirib ki, qiymət artımı əməkhaqqı ilə paralel aparılmalıdır.

“Qiymət artımı qeyri-adi bir  hal deyil. Bu proses əməkhaqqı ilə paralel aparılmalıdır ki, insanlar sosial çərçivədə mənfi dəyişikliklər yaşamasın, çətinlik çəkməsin. Elə bir millət yoxdur ki, orada qiymətlərin qalxması müsbət qarşılansın.”

Artımlara verilən əsaslarla bağlı T.Abbaslı qeyd edib ki, bu əsaslar özünü doğrultmur.

“Qiymət qalxanda əsaslandırma bu olur ki, keyfiyyət artacaq. Amma biz əvvəldə bu kimi hallarla qarşılaşdıq və böyük bir keyfiyyət artımı görə bilmədik, əksinə vəziyyət daha da gərginləşir və insanların narahatlığı artır.”

Bununla yanaşı, o, artan benzin qiymətlərinədə reaksiyasını göstərib.

“Benzinin qalxması hər şeyə öz təsirini göstərir. Böyük şirkətlərin bu haldan sui-istifadə etmə ehtimalları var. Artımdı deyib birinin üstünə beşini qoyacaqlar və nəticədə inflyasiya baş verəcək. Burada söhbət artan 10 qəpik deyil,  ondan sonra baş verə biləcəklərdən  gedir. Hakimiyyətlər  əslində seçkidən əvvəl qiymət artırmamalıdır.  Mən bu qərara tamamilə qarşıyam və əhali üçün uğursuz bir addım olduğu fikrini dəstəkləyirəm.”


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər