“Ermənistan normal fəaliyyət göstərmək üçün konstitusiyasını dəyişməlidir“- Aydın Mirzəzadə

“Ermənistan normal fəaliyyət göstərmək üçün konstitusiyasını dəyişməlidir“-  Aydın Mirzəzadə
01 İyl 2024 11:44

"Ermənistan konstitusiyasında qonşu dövlətlərə ərazi iddialarını yığışdırmalıdır".

Politoloq Aydın Mirzəzadə bunu News365.az-a müsahibəsində deyib. 

"Tək Azərbaycanla sülh müqaviləsi bağlamağa görə deyil, Ermənistan ümumiyyətlə normal region, dövlət kimi fəaliyyət göstərmək üçün konstitusiyasını dəyişməsi vacibdir. Çünki onun konstitusiyası aqresiv, qonşu dövlətlərə torpaq iddiası ilə zəngindir və bunlar konstitusiyadan yığışdırılmalıdır. Bunlar olmasa qonşu dövlətlərlə normal münasibətlər qurmaq olmayacaq, eyni zamanda onun inkişafı, iqtisadi məsələlərin həlli Azərbaycan və Türkiyə ilə münasibətlərindən asılıdır. Bu iki türk dövləti Ermənistana hər hansı bir yardım əli uzatmaq istəmiyəcək. Bir dövlət ki, qonşu dövlətlə torpaq iddiası var, onunla normal münasibətlər qurmaq mümkün olmayacaq. Baxmayaraq ki, Ermənistanı xaricdən dəstəkləyən müəyyən dövlətlər var, amma həmin dövlətlər Ermənistan iqtisadiyyatının inkişafı üçün bir dollar belə sərmayə etməyib. Bu səbəbdəndir ki, Ermənistan əhalisi durmadan ölkədən köçür. Bu gün həm Ermənistan rəhbərliyi, həm Ermənistan cəmiyyəti  özünün gələcək yolunu dərindən düşünməlidir. Azərbaycan öz sözünü prinsipial şəkildə deyir. Bundan sonrakı addımlar artıq Ermənistandan asılıdır. Nə qədər tez etsələr davamlı, möhkəm, uzunmüddətli sülh prosesi qurmaq bir o qədər asan olacaq"-deyə bildirib. 

Vəfa Vəliyeva, News365.az


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər