Makronun məğlubiyyətinin Azərbaycan-Fransa münasibətlərinə təsiri

Makronun məğlubiyyətinin Azərbaycan-Fransa münasibətlərinə təsiri
01 İyl 2024 15:08

“Makronun məğlubiyyəti Azərbaycan-Fransa münasibətlərinə müsbət heç nə vəd etmir”

Bunu News365.az-a açıqlamasında politoloq Rasim Musabəyov deyib. Həmçinin o qeyd edib ki, Makronun partiyasına rəqib olan Marin Le Pen bir sıra məqamlarda heç də Makrondan fərqlənmir.

“Makronun partiyası seçkilərdə Marin Le Penin “Milli Birlik” partiyasına biabırcasına məğlub oldu. Ancaq Makronun bu məğlubiyyəti Azərbaycan-Fransa münasibətlərinə müsbət heç nə vəd etmir. Buna səbəb isə Marin Le Penin partiyası islamafob və ermənipərəst olmasıdır.”

Rasim Musabəyov hesab edir ki, Fransa seçkilərində iştirak edən solçuların nəticəsi isə heç də pis deyil :

“Qeyd etmək lazımdır ki, seçkilərdə solçu qüvvələrdə yüksək nəticə göstəriblər. Onlarda 28 % səs toplayıblar, ancaq nəzərə almaq lazımdır ki, solçularda daşnaksutyun ilə birgə fəaliyyət içərisində olublar. Vəziyyət belə olduqda onların Azərbaycan-Ermənistan məsələsində hansı mövqedə olduqlarını deməyə artıq ehtiyac qalmır.”

Sonda politoloq Fransa-Azərbaycan münasibətləri haqqında yekun fikrini dilə gətirib:

“Xatırlatmaq istəyirəm ki, Fransa parlamentində hər zaman gərginlik öz üstünlüyünü qoruyub saxlasa da, onlar Ermənistan məsələsində yekdildir. Biz ermənipərəst Fransanı hələ  uzun illər qarşımızda görəcəyik. Məlum məsələdir ki, müəyyən bir müddət başları öz daxili məsələlərinə, ölkə içi çaxnaşmalara qarışacaq. Mən həmkarlarımı və vətəndaşlarımızı dəvət edirəm ki, hökümət dəyişikliyindən sonra Fransanın mövqeyinin dəyişəcəyi illuziyasına inanmasınlar.”


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər