“Görünən odur ki, sülh  prosesi uzanacaqdır“ - Politoloq

“Görünən odur ki, sülh  prosesi uzanacaqdır“ -  Politoloq
01 İyl 2024 10:47

"Ermənistan konstitusiyada dəyişiklik etmək istəmirsə və sülh prosesində Azərbaycanın təklif etdiyi şərtləri qəbul etmək istəmirsə görünən odur ki, sülh  prosesi uzanacaqdır".

Politoloq Rüstəm Tağızadə bunu  News365.az-a açıqlamasında deyib.

"Azərbaycan və Ermənistan arasında sülh prosesinin gecikməsinin səbəblərindən biri kimi Ermənistan konstitusiyasında dəyişikliyin olmaması konstitusiyada Azərbaycana qarşı ərazi bütövlüyü iddiaları vardır. Bundan başqa da Ermənistanın daxilində Azərbaycana qarşı əsassız iddialar vardır. Guya Azərbaycan tərəfi yeni ərazilər əldə etmək istəyir və Azərbaycanın təklif etdiyi sülh paketini dünyaya başqa cür çatdırır. Məsələ burasındadır ki, əgər Ermənistan konstitusiyada dəyişiklik etmək istəmirsə və sülh prosesində Azərbaycanın təklif etdiyi şərtləri qəbul etmək istəmirsə görünən odur ki, sülh  prosesi uzanacaqdır"- deyə politoloq vurğulayıb. 

Vəfa Vəliyeva, News365.az


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər