Bacısını boğaraq qətlə yetirən 20 yaşlı Təbriz anasını da ölümlə təhdid edirmiş

Bacısını boğaraq qətlə yetirən 20 yaşlı Təbriz anasını da ölümlə təhdid edirmiş
01 İyl 2024 20:46

İyulun 1-i səhər saatlarında Binəqədi rayonu, Rəsulzadə qəsəbəsindəki qətlin təfərrüatı məlum olub.

27 yaşlı Təhminə Qasımovanın qardaşı, 20 yaşlı Təbriz Qasımovla aralarında baş vermiş mübahisə nəticəsində qətlə yetirildiyi deyilir.

Qətlə yetirilən Təhminə Qasımova məişət əşyaları satılan mağazada satıcı vəzifəsində çalışırdı.

Verilən məlumata görə, onu gecə saat 2 radələrində qardaşı iş çıxışı zamanı qarşılayıb və birlikdə evə gediblər.

Qonşuların sözlərinə görə, qardaşı anası və mərhumla tez-tez mübahisə edirmiş:

"On gün əvvəl kirayə ev istədiyini dedi. Qardaşı onunla, anası ilə yola getmirdi. Bacısına deyirdi ki, sizi öldürəcəyəm. Anası ilə başqa evə çıxmaq istəyirdi".

Qətli törətməkdə şübhəli bilinən Təbriz Qasımov polisə könüllü təslim olub. Hadisə ilə bağlı istintaq aparılır.

 

 

08:42

İyulun 1-də Bakının Binəqədi rayonu ərazisində 2004-cü il təvəllüdlü Təhminə Qasımovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Binəqədi Rayon Prokurorluğundan bildirilib.

Araşdırmalarla 1997-ci il təvəllüdlü Təbriz Qasımovun rayonun Rəsulzadə qəsəbəsi ərazisində şəxsi münasibətlər zəminində bacısı Təhminə Qasımovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Hadisədən sonra könüllü olaraq polisə təslim olan T.Qasımov prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

07:32

Bakıda 20 yaşlı qadın öldürülüb.

Bu barədə  Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, saat 6:45-də Binəqədi rayonu ərazisində 2004-cü il təvəllüdlü Təhminə İsmixan qızı Qasımovanın boğulmadan ölməsi ilə bağlı polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən qardaşı, 1997-ci il təvəllüdlü Təbriz İsmixan oğlu Qasımov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər