Uçot dərəcəsi ilə bağlı mühüm xəbər

Uçot dərəcəsi ilə bağlı mühüm xəbər
12:30

Azərbaycan və MDB-nin digər ölkələri- Özbəkistan, Qazaxıstan və Ermənistanın uçot dərəcəsini endirmək imkanları məhduddur.

News365.az xəbər verir ki, bu barədə Niderlandın ən böyük maliyyə qrupu olan “ING Group”un proqnozunda bildirilib.

“Azərbaycan, Özbəkistan və ən son Ermənistanın mərkəzi bankları, daha əvvəl Qazaxıstanın göstərdiyi nümunəni izləyərək, xarici mühitdən qaynaqlanan inflyasiya risklərinin artmasından narahatlıqlarını ifadə ediblər. Son bir ay ərzində keçirilən bütün dörd iclasda uçot dərəcələri dəyişməz saxlanılıb, halbuki bəzi hallarda bu, bazarın gözləntilərinin və verilən əvvəlki siqnalların əksinə olub. Hazırda istehlak qiymətləri indeksi (CPI) ümumilikdə artım istiqamətində hərəkət edir ki, bu da yaxın gələcəkdə uçot dərəcələrinin endirilməsi üçün imkanların çox məhdud olduğunu təsdiqləyir”- ING vurğulayıb.

Maliyyə qrupu region ölkələri üzrə istehlak qiymətləri indeksinə (CPI) dair gözləntiləri 0,5-1,0 faiz bəndi artırdığını açıqlayıb. Bununla belə, ING Azərbaycanda 2025-ci ilin ikinci rübü üzrə inflyasiya proqnozunu 6,1%-dən 5,9%-ə, üçüncü rübdə 4,6%-dən 4,4%-ə, dördüncü rübdə 4,7%-dən 4,6%-ə, ümumi il üzrə isə 5,2%-dən 5,1%-ə endirib. ING təkcə 2026-cı ilin dördüncü rüb proqnozunu 5,6%-dən 5,7%-yə yüksəldib


Sizin reklam burada
Sizin reklam burada