Azərbaycan
estradasının sevilən ifaçısı Azad Şabanov dinləyicilərinə növbəti musiqi hədiyyəsini
təqdim edib.
News365.az xəbər verir ki,
sənətçi əfsanəvi “Karvan” qrupunun solisti Firuz İsmayılovun repertuarından
olan “Xatirədir” mahnısını yeni aranjimanda və müasir nəfəsdə ifa edərək ekran
versiyasını yayımlayıb.
Mahnının
musiqisi Firuz İsmayılov, sözləri Malik Fərruxa aiddir. Layihənin aranjimanını
Emil Əliyev, videonu isə Fərhad Əli həyata keçirib. Bu yaradıcı əməkdaşlıq nəticəsində
ortaya həm nostalji duyğularla zəngin, həm də müasir musiqi zövqünə uyğun bir
layihə çıxıb.
Xüsusilə
qeyd etmək lazımdır ki, “Xatirədir” mahnısının məhz Azad Şabanov tərəfindən
yenidən ifa olunması ideyası mahnının müəllifləri və ailələri tərəfindən dəstəklənib.
Maraqlı məqamlardan biri də budur ki, Azad Şabanovun musiqi heyətində yer alan
musiqiçi Gennadi Yuqai Azadın ilk addımlarından onunla birgə çalışır, uzun illər
“Karvan” qrupunun bas-gitara ifaçısı olub və “Azad Music Band” kollektivin
tarixinin bir parçasına çevrilib. Bu fakt layihəyə xüsusi mənəvi dəyər və
simvolik bağ qatır.
Yeni layihə
münasibətilə Azad Şabanov dinləyicilər üçün xüsusi çağırış da elan edib. Sənətçi
“Xatirədir” mahnısına xatirələr mövzusunda ən təsirli videoçarxı çəkən və ya
mahnını ən maraqlı şəkildə ifa edən sənət dostları
və ya izləyiciləri
arasında “Xatirədir” challenge-ni başladır.
Qeyd edək
ki, “Xatirədir” artıq bütün rəqəmsal platformalarda yayımlanır.
News365.az