Türkiyədə tarixi gün! - FOTO

Türkiyədə tarixi gün! - FOTO
11 İyl 2025 11:45

Xəbər verdiyimiz kimi, bu gün PKK terror təşkilatının üzvləri silahlarını təhvil verəcək.

Xeyli sayda jurnalist terrorçuların toplaşdığı əraziyə yollanıblar.

Belə ki, 30 PKK üzvünün İraq Kürdüstanı Muxtar Vilayətində silahları təhvil verməsi gözlənilir. Daha sonra simvolik olaraq həmin silahlar yandırılacaq.

Xatırladaq ki, bu ilin fevralın sonlarında PKK-nın qurucusu Abdullah Öcalan tərəfdarlarına silahı buraxmaqla bağlı çağırış edib. PKK may ayında özünü ləğv etdiyini açıqlayaraq Türkiyə ilə silahlı mübarizəni dayandırdığını bəyan edib.







Sizin reklam burada
Sizin reklam burada