Türkiyədə güclü zəlzələ qeydə alındı

Türkiyədə güclü zəlzələ qeydə alındı
09:30

Türkiyənin Balıkesir bölgəsində 4.1 bal gücündə zəlzələ baş verib.

News365.az məlumatlı mənbələrə istinadla xəbər verir ki, yeraltı təkanlar Sındırgı rayonunda qeydə alınıb.

Məlumata görə, təbiət hadisəsi Bakı vaxtı ilə saat 4:04-də olub.

Zəlzələnin ocağı 7 km dərinlikdə yerləşib. Dağıntı və itki barədə məlumat verilməyib.

Xatırladaq ki, oktyabrın 27-də bölgədə 6.1 ballıq güclü zəlzələ olub. Bundan sonra Balıkesirdə bir neçə dəfə yeraltı təkanlar qeydə alınıb.


Sizin reklam burada
Sizin reklam burada