Tofiq Yaqublu ilə bağlı son qərar açıqlandı

Tofiq Yaqublu ilə bağlı son qərar açıqlandı
13:05

Dələduzluqda təqsirli bilinən Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun kassasiya şikayətinə baxılıb.

News365.az-ın məlumatına görə, Ali Məhkəmə bu gün yekun qərarını açıqlayıb.

Məhkəmə T.Yaqublu ilə bağlı əvvəlki qərarda qanun pozuntusu aşkar etməyib. Bu əsasla şikayət təmin edilməyib.

Qeyd edək ki, T.Yaqublu 2023-cü ilin dekabrında həbs edilib. O, Bakı Ağır Cinayətlər Məhkəmnəsinin hökmü ilə 9 il azadlıqdan məhrum olunub. Apellyasiya instansiyası hökmü dəyişdirmədən təsdiqləyib.


Sizin reklam burada
Sizin reklam burada