Türkiyə XİN bəyanat yaydı

Türkiyə XİN bəyanat yaydı
21:00

İraq ərazisindən Səudiyyə Ərəbistanını hədəf alan PUA hücumlarını şiddətlə qınayırıq.

News365.az xəbər verir ki, bu barədə Türkiyə XİN bəyanat yayıb.

“Səudiyyə Ərəbistanının suverenliyinə və ərazi bütövlüyünə dəstəyimizi bir daha ifadə edir, ölkə hakimiyyətinin regionda gərginliyin azaldılmasına yönəlmiş təmkinli mövqeyini təqdir edirik.

İraq hökumətinin sözügedən hücumları pisləyərək hadisənin araşdırılması və məsul şəxslərin müəyyənləşdirilməsi məqsədilə dərhal istintaq başlatmasından məmnunluq duyuruq.

Regional sabitlik və təhlükəsizliyə təhdid yaradan bu cür hücumların ən qısa zamanda dayandırılması və gərginliyi artıra biləcək addımlardan çəkinilməsi ilə bağlı çağırışımızı bir daha təkrarlayırıq”, - bəyanatda qeyd edilib.


Sizin reklam burada
Sizin reklam burada