Türkiyənin Qara dəniz akvatoriyasında Palau bayrağı altında üzən neft tankerinə pilotsuz uçuş aparatı tərəfindən hücum edilib.
News365.az xəbər verir ki, məlumatı “Ortadoğu Gazetesi” yayıb.
Məlumata görə, “Elbus” adlı tanker Kastamonu sahillərindən təxminən 50 kilometr məsafədə zədələnib. Hadisə nəticəsində ekipaj üzvləri arasında xəsarət alan olmayıb.
Zədələnmiş gəmi hazırda İnebolu limanına yedəklənir. Tankerdə texniki baxış və araşdırmaların aparılması nəzərdə tutulur.
Hazırda hücumun mənbəyi, məqsədi və nəticələrinin miqyasının müəyyənləşdirilməsi üçün istintaq davam edir. Türkiyə rəsmiləri bölgədəki təhlükəsizlik vəziyyətinin yaxından izlənildiyini açıqlayıb.