KİV: Epşteynin vacib məlumatları gizlətdiyi anbarlar üzə çıxdı

KİV: Epşteynin vacib məlumatları gizlətdiyi anbarlar üzə çıxdı
15:22

Maliyyəçi Ceffri Epşteyn fotoşəkilləri və kompüterləri hakimiyyət qurumlarından gizlətmək üçün ABŞ ərazisində altı gizli anbar sahəsi icarəyə götürüb.

News365.az xəbər verir ki, bu barədə "The Telegraph" nəşri araşdırılan sənədlərə istinadən xəbər yayıb.

Məlumata görə, hüquq-mühafizə orqanları sözügedən yerlərdə axtarış aparmayıblar. Bu da maliyyəçinin işi üzrə əvvəllər araşdırılmamış materialların mövcudluğu ehtimalını saxlayır.

Nəşr qeyd edir ki, 2000-ci illərin ortalarında mümkün axtarışlar barədə xəbər tutan Epşteyn özəl detektivləri işə cəlb edib. Həmin şəxslər maliyyəçinin kompüterlərini başqa anbara köçürüblər və bunun üçün Nyu-Yorkda qapalı bir bina icarəyə götürülüb.

Qeyd olunur ki, bu işlərin görülməsi üçün onminlərlə dollar ödənilib.

"The Telegraph" yazıb ki, sonradan Epşteynin işçiləri kompüterlərin və disklərin Virgin adalarında gizli anbarlara daşınmasını müzakirə ediblər.

Güman edilir ki, bu materialların bir hissəsi 2009-cu ildən əvvəlki dövrə aid ola bilər. Həmin vaxt hakimiyyət orqanları maliyyəçinin ilk məktublarını açıqlamışdılar.

Daha əvvəl "Times" nəşri Epşteynin uçuşları barədə məlumatların bir hissəsinin məhv edilməsi barədə məlumat yayıb.

Məlumata görə, qalmaqallı maliyyəçinin uçuşları barədə Böyük Britaniya hərbi hava qüvvələrinin məlumatlarının bir hissəsi informasiyanın saxlanma müddətinin bitməsi səbəbindən məhv edilib.


Sizin reklam burada
Sizin reklam burada