Bu şəxslərə yeni mənzillər veriləcək

Bu şəxslərə yeni mənzillər veriləcək
16:47

Gəncə şəhərində yeni yaşayış binalarının tikintisinə başlanılır.

News365.az-ın məlumatına görə, yeni binalara qəzalı vəziyyətində olan yataqxana və yaşayış binalarından köçürüləcək sakinlərin yerləşdiriləcək.

Məlumata görə, yeni binalarda ümumilikdə 249 mənzil istifadəyə veriləcək.

Gəncə Şəhər İcra Hakimiyyəti yaşayış binalarının tikintisi işlərini "Reyhan Müəssisəsi" MMC-yə həvalə edib və onunla müqavilə bağlayıb.

Yaşayış binalarının tikintisi üçün bağlanılan müqavilənin dəyəri 2 milyon manat olaraq müəyyənləşib.


Sizin reklam burada
Sizin reklam burada