Ermənistanda “Sisakan” dəstəsinin komandiri Aşot Minasyan qanunsuz silah saxlamaq ittihamı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib.
News365.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin şərti cəza haqqında qərarını ləğv edib.
Qeyd edək ki, A.Minasyan 2021-ci ilin dekabrında Ermənistan Baş naziri Nikol Paşinyana qarşı sui-qəsdin hazırlanması ittihamı ilə həbs edilib. O zaman Minasyanda çox sayda silah-sursat aşkar edildiyi açıqlanmışdı. Erməni komandir daha sonradan dəlil çatışmazlığı səbəbindən zaminə buraxılıb.