Gürcüstan ATƏT katibliyinə və təşkilatın üzv ölkələrinə etiraz notası ünvanlayıb.
News365.az xəbər verir ki, bu barədə məlumatı Gürcüstan XİN yayıb.
Bildirilib ki, buna səbəb oktyabrın 14-də ölkədə səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonenin Tbilisidə etiraz aksiyasında iştirak etməsi olub:
“Nazir Elina Valtonen küçədə kiçik bir qrup tərəfindən keçirilən hökumət əleyhinə mitinqə qoşulub və orada Gürcüstandakı vəziyyətlə bağlı beynəlxalq ictimaiyyəti çaşdırmaq cəhdi olan bəyanatla çıxış edib”.
Xatırladaq ki, dünən Gürcüstanın Baş naziri İrakli Kobaxidze də E.Valtonenlə planlaşdırılan görüşünü ləğv etmişdi.