Tovuzda 29 yaşlı arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxsin meyiti tapılıb.
News365.az xəbər verir ki, Səbuhi Hacızadənin meyiti Tovuzun Əyyublu kəndində istifadəyə yararsız fermanın ərazisində aşkarlanıb.
İlkin məlumata görə, o, intihar edib. Meyit ağacdan asılı halda tapılıb.