Müdafiə Nazirliyinin "İstirahət evi"nin rəisi həbs edilib

Müdafiə Nazirliyinin "İstirahət evi"nin rəisi həbs edilib
19:15

Müdafiə Nazirliyinin "İstirahət evi"nin rəisi, mayor İlham Haqverdiyev barəsində qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə təqdimat daxil olub.

News365.az xəbər veri ki, təqdimata bu gün Bakı Hərbi Məhkəməsində baxılıb.

Məhkəmə istintaq orqanın təqdimatını təmin edib və mayor İlham Haqverdiyev barəsində 2 ay 20 gün müddətə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Müdafiə Nazirliyinin "İstirahət evi"nin rəisi, mayor İlham Haqverdiyev bu gün saxlanılıb və ona qarşı Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə ittiham irəli sürülüb.


Sizin reklam burada
Sizin reklam burada