Ötən gün paytaxtın Qaradağ rayonunda yerləşən ticarət mərkəzlərindən birində meyit tapılıb.
News365.az xəbər verir ki, Qobustan qəsəbəsindəki “Qaradağ” ticarət mərkəzində aşkarlanan meyit kişiyə məxsus olub.
Ölən şəxsin tüfeyli həyat tərzi keçirən 1962-ci il təvəllüdlü Viktor Alekseyeviç Vorotnyuk olduğu müəyyənləşib.
Onun xəstəlik səbəbindən öldüyü bildirilir.
Araşdırmalar aparılır.