ATƏT Nazirlər Şurasının 32-ci iclası Vyanada keçiriləcək

ATƏT Nazirlər Şurasının 32-ci iclası Vyanada keçiriləcək
17:50

ATƏT-in Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) 32-ci iclası Avstriyanın paytaxtı Vyanada keçiriləcək.

News365.az ATƏT-ə istinadən xəbər verir ki, iclas 4-5 dekabr tarixlərində baş tutacaq.

Bildirilib ki, şuranın iclası fəaliyyətdə olan sədr, Finlandiyanın xarici işlər naziri Elina Valtonenin rəhbərliyi ilə keçiriləcək.

Tədbirdə ATƏT-ə üzv ölkələrdən 57, tərəfdaş ölkələrdən isə 11 xarici işlər naziri iştirak edəcək.


Sizin reklam burada
Sizin reklam burada