Dünyanın ən seksual idmançısı

Dünyanın ən seksual idmançısı
09:55

“Busted Coverage” nəşrinin “Dünyanın ən seksual idmançısı” seçdiyi almaniyalı yüngül atlet Alica Şmidt sosial şəbəkələrdə yeni fotoşəkilini paylaşıb.

 “Instagram”-da paylaşılan şəkilində Alica Şmidt ağ bikini ilə cəsarətli poz verib.

Şəkil təbii mənzərə fonunda, hovuz kənarında çəkilib.

Alicanın “Instagram”-da 5,5 milyondan çox izləyicisi var və o, hər paylaşımı ilə böyük maraq doğurur. Bu dəfəki foto da idmançı fit bədənini və cazibədarlığı ilə diqqət çəkib.

Şmıdt 2024-cü il Paris Yay Olimpiya Oyunlarında iştirak edib. 2017-ci ildə, 20 yaşına qədər olan gənclər arasında keçirilən Avropa Çempionatında 4x400 metr estafetində ikinci yeri tutub. İki il sonra isə 23 yaşadək idmançılar arasında Avropa Çempionatında bürünc medal qazanıb.


Sizin reklam burada
Sizin reklam burada