Kahramanmaraş və Şanlıurfada baş verən məktəb hücumları, eləcə də Azərbaycanda məktəbdə baş verən və dünyada artan bu təhlükəli hadisə elə belə şəxsi motivlər əsasında icra edilmir.
Siz şəkildəki qrup yazışmalarına baxın, görün bu yeniyetmə və şagirdlər nələr danışırlar öz aralarında
Bu proses uzun zamandır müxtəlif illərdə özünü göstərir. Lakin son zamanlar isə artmasının arxasında güclü bir sistem olduğunu düşünürəm və bu gün sosial media, kompyuter və telefon oyunları, vatsap, telegram və digər vasitələr ilə aparılır.
Bu sistem yeniyetmə və şagirdləri psixoloji asılılığa salır və sonda ondan özünə və ya başqalarına qarşı zorakılıq etməsini, yaxud mülkiyyətə zərər vurmasını tələb edir
Bunu serialar, kriminal dünya və digərləri ilə bağlamaq cəhdi düzgün deyil. Əlbətdə, burda da neqativ hallar var. Lakin ümumiyyətlə bu dünyada baş verən məktəbə hücumların arxa fonu daha təhlükəli güclərdir..
Sosial media və vatsap tipli proqramlarda uzun zamandır "Kolumbayn" (Məktəb Atışmaları) adlı icmalar var və onlar bağlı formada azyaşlıları cinayətə sövq edirlər.. Qrupa üzv olanların əksəriyyəti də məktəblərdə bulinqə məruz qalan uşaqlardır
Psixoloji sarsıntı keçirən şagirdlər və yeniyetmələr bu qrupların təsirinə düşərək qisas almaq məqsədilə ağır cinayət törədərək "səni əzəni öldür" təbliği edirlər..
Sınaq isə sadə əmrlərdən başlanır:
İlk addım kimi şagirdləri ilk baxışda incəsənət kimi görünsə də, Grafiti yaxud divarlara yazı yazaraq mesajlar verməyə yönləndirən bu güc yeniyetmələri dövlət əmlakına zərər vurmağa, daha sonra isə daha ağır cinayətlərə (məsələn, mağaza qarəti) sürükləyir. Bu, "cəsarət testi" adı altında edilir.
Pul qazanmaq ikinci test üsulu sayılır ki, gənclər cəsarətli olduqlarını sübut etmək üçün məktəblərdə kuryerlik edirlər. Satış məqsədi ilə narkotik vasitədəb tutmuş o tərkibdə dərmanları daşıyır və yayırlar.
Bu tipli tapşırıqlardan sonra isə ağır mərhələlər başlanır.
"Müəllimlər, valideynlər və polis "sistemin qulları" və ya "düşmən" kimi göstərilir və onların yeganə ailəsi özləri olduğu təlqin edilir.
Seçilən şəxslərə telefon və kompüter ekranını valideyn yaxınlaşanda dərhal bağlamaq, parolları tez-tez dəyişmək, paltarlarında, bədənlərində ya dəftərlərində naməlum işarələr, döymələr simvollar çəkmək əmri verilir. Daha ağır isə məktəblərə silahlı hücumlar və qətllərdir. Bunu da son illərdə görürük.
Niyə məhz yeniyetmə və şagirdlər?
Bu güc bilir ki, uşaqlar həm asan idarəolunan, həm də hüquqi baxımdan daha az məsuliyyət daşıyırlar və onların əli ilə çirkin planları icra edirlər.
Sosial mediada yaş senzi, təhlükəli oyunları bloklamaq, məktəblərdə psixoloji işi gücləndirmək, ailənin iştirakı ilə. Onlar üçün əyləncə yerləri ( karusel, zoopark, uşaq filmləri üçün kinoteatrlar və s) də güzəştlər edilməsi.
Məktəblərdə valideynlər icması mütləq şəkildə yaradılmalı, uşaqlarla birgə ən azı həftədə bir dəfə görüş keçirilməli, birlikdə müzakirələr aparmaq, dərsləri bir yerdə etmək və kompüter, telefon kimi vasitələrdən uzaq durmaq aşılanmalıdır.
Valideynlərin iştirakı ilə birgə yarışlar, oyunlar keçirilməlidir ki, hər iki tərəf arasında ünsiyyət daha asanlaşsın.
Telefon və kompüterlə bağlı ciddi ölçülər götürülməlidir ki, məktəblər məlumatı kitablardan alsın. Dərs sistemi sadələşməlidir ki, şagirdlər internet üzərindən deyil, kitabxanadan bəhrələnmək barədə düşünməlidir.
Azərbaycan həssas bir regiondur və bu gücün ölkəmizə daxil olmasının qarşısını həm mən deyən variantda, həm də peşəkar insanların təklifləri ilə ala bilər.
Zaur Əliyev, tarixçi