UEFA Millətlər Liqasında qrup mərhələsinin növbəti oyunları bu gün keçiriləcək.
News365.az xəbər verir ki, sentyabrın 25-də turnirdə ümumilikdə səkkiz qarşılaşma baş tutacaq.
A Liqasının I qrupunda Türkiyə Fransa ilə, İtaliya isə Belçika ilə üz-üzə gələcək. Hər iki görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
B Liqasının II qrupunda Gürcüstan doğma meydanda Şimali İrlandiyanı qəbul edəcək. Macarıstan - Ukrayna qarşılaşması da günün proqramında yer alır.
B Liqasının IV qrupunda Polşa Bosniya və Herseqovina ilə, İsveç isə Rumıniya ilə qarşılaşacaq.
C Liqasının II qrupunda isə Ermənistan Latviya ilə münasibətlərinə aydınlıq gətirəcək. Digər oyunda Monteneqro Kipri sınağa çəkəcək.
UEFA Millətlər Liqası
25 sentyabr
A Liqası, I qrup
22:45. İtaliya - Belçika
22:45. Türkiyə - Fransa
B Liqası, II qrup
20:00. Gürcüstan - Şimali İrlandiya
22:45. Macarıstan - Ukrayna
B Liqası, IV qrup
22:45. Polşa - Bosniya və Herseqovina
22:45. İsveç - Rumıniya
C Liqası, II qrup
20:00. Ermənistan - Latviya
22:45. Monteneqro - Kipr