Türk Dövlətləri Təşkilatının Zirvə görüşü nə vaxt olacaq?

Türk Dövlətləri Təşkilatının Zirvə görüşü nə vaxt olacaq?
11 İyn 2025 18:59

Türk Dövlətləri Təşkilatının Azərbaycanda keçiriləcək Zirvə görüşünün tarixi müəyyənləşib.


News365.az xəbər verir ki, bu barədə Report-a açıqlamasında TDT Baş katibinin Türkiyədən olan müavini Ömər Kocaman məlumat verib.


Onun sözlərinə görə, rəsmi Zirvə görüşü 2025-ci il oktyabrın 6-7-də Bakıda keçiriləcək.


Xatırladaq ki, cari ildə TDT-nin rəsmi və qeyri-rəsmi olmaqla iki Zirvə görüşünün keçirilməsi nəzərdə tutulmuşdu. Qeyri-rəsmi sammit mayın 20-21-də Macarıstanın paytaxtı Budapeştdə keçirilib.



Sizin reklam burada
Sizin reklam burada