ABŞ prezidenti Donald Tramp İrandakı etirazlarla bağlı şərh edib.
News365.az xarici KİV-ə istinadən xəbər verir ki, Tramp İran rəhbərliyini yenidən hədələyib:
“Mən çox aydın şəkildə bildirmişəm ki, əgər onlar keçmişdə etdikləri kimi insanları öldürməyə başlasalar, biz müdaxilə edəcəyik. Onlara çox sərt zərbələr endirəcəyik. Bu, qoşun göndərmək demək deyil, amma çox aörı verəcək sərt zərbələr endirmək deməkdir. Mən İran liderlərinə deyirəm: Siz atəş açmağa başlamasanız yaxşı olar, çünki biz də atəş aça bilərik”, - deyə o qeyd edib.
Tramp həmçinin Suriyadakı vəziyyətə də toxunub: “Biz həm kürdlərlə, həm də Suriya hökuməti ilə yaxşı yola gedirik. Onlar illərdir ki, qatı düşmənlərdir, amma hər iki tərəflə yaxşı münasibətlərimiz var və Suriyanın uğur qazanmasını istəyirik”.
O, həmçinin əlavə edib: "Məndən daha çox Nobel mükafatına layiq olan yoxdur. Barak Obama Nobel mükafatını qazandı, amma hələ də mükafatın ona niyə verildiyini başa düşmür".