Ali Radanın deputatı: "Trampa Nobel mükafatı verilsin!"

Ali Radanın deputatı: "Trampa Nobel mükafatı verilsin!"
15:00

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp münaqişənin sülh yolu ilə həllinə sadiq qaldığı üçün 2025-ci il Nobel Sülh Mükafatına namizəd göstərilməlidir. Rusiya mediasının yaydığı məlumata görə, bunu Ali Radanın deputatı Aleksandr Merejko deyib.

O deyib: “Mən, Ali Radanın deputatı Aleksandr Merejko Donald Trampın 2025-ci ildə Nobel mükafatına namizədliyini irəli sürmək istəyirəm”.

Merejko qeyd edib ki, Tramp sülhün inkişafına mühüm töhfə verib və gələcəkdə də bunu etmək imkanı hələ də qalır.

Ukraynalı deputatın sözlərinə görə, ABŞ-nin yeni seçilmiş prezidentinin Yaxın Şərq və Ukraynadakı münaqişələri həll edə biləcəyinə şübhə yoxdur.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər