"Griffith" Universitetinin alimləri maraqlı araşdırma aparıblar. Elm adamları müəyyən ediblər ki, bir saatlıq gəzinti hərəkətsiz bir insanın ömrünü təxminən altı saat uzada bilər. Tədqiqatın nəticələri British Journal of Sports Medicine (BJSM) jurnalında dərc olunub.
Birinci mərhələdə elm adamları ABŞ Milli Səhiyyə Statistika Mərkəzindən əldə edilən məlumatlar əsasında 2019-cu ildə ABŞ əhalisi üçün ölüm nisbətlərini dəyərləndiriblər. Daha sonra əldə edilən məlumatlar ölən insanların fiziki fəaliyyət səviyyəsi haqqında informasiyalarla müqayisə edilib.
Tədqiqatçılar belə hesab edirlər ki, əgər hamı əhalinin 25%-i qədər aktiv olsaydı, 40 yaşdan yuxarı amerikalılar orta hesabla 5,3 il daha çox yaşaya bilərdilər. Eyni zamanda, gözlənilən ömür uzunluğunun ən böyük artımı oturaq həyat tərzi keçirən və fiziki məşqlərə vaxt ayırmayan insanlarda müşahidə oluna bilərdi. Alimlər hesab edirlər ki, bu kateqoriyadan olan əhali üçün təmiz havada bir saat gəzmək onların ömrünü potensial olaraq altı saat uzada bilər.
Tədqiqat qrupu həmçinin fiziki fəaliyyətin aşağı olması siqaret çəkməyin mənfi təsirləri ilə eynilik təşkil edə biləcəyi qənaətindədirlər. Çünki digər tədqiqatlar hər siqaretin siqaret çəkənin həyatından 11 dəqiqə apardığını göstərib.
Tural