Rusiyanın nüvə potensialı onun mühafizə "sənədidir" -"Kurçatov İnstitutu"

Rusiyanın nüvə potensialı onun mühafizə "sənədidir" -"Kurçatov İnstitutu"
15:10

Rusiyanın Milli Araşdırmalar Mərkəzinin Kurçatov İnstitutunun prezidenti Mixail Kovalçuk diqqət çəkən açıqlamalar verib. O, bildirib ki, Rusiyanın nüvə potensialı ölkənin suverenliyini təmin edən “müdafiəçi” rolunu oynayır. 

“Biz azsaylı, praktiki olaraq yeganə suveren ölkələrdən biriyik. Çünki onların özlərinin də yazdıqları kimi, Amerikanı yalnız biz nüvə külünə çevirə bilərik. Və bu mənada bizim nüvə kimi mühafizə "sənədimiz"miz var",- mütəxəssis deyib.

Eyni zamanda o qeyd edib ki, Rusiya insanlar, rəhbərlik gələcək haqqında düşünməli, ona hazırlaşmalıdır.

Xatırladaq ki, noyabrın 19-da Rusiya prezidenti Vladimir Putin yenilənmiş nüvə doktrinasını təsdiq edən fərman imzalayıb. Doktrinada yeniliyin olması ABŞ-nin Rusiya ərazisinin dərinliklərinə ATACMS raketlərindən zərbə endirmək üçün verilən icazə fonunda baş verib.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər