Yaponiyada maraqlı hadisə baş verib. “Mainichi” nəşrinin yaydığı məlumata görə, polis 37 yaşlı yerli sakini evləri və mənzilləri qarət etməkdə şübhəli bilərək həbs edib.
Məsələnin maraqlı tərəfi odur ki, Fukuoka prefekturasının Dazaifu şəhərində yaxalanan cinayətkar stress atmaq üçün oğurluq edirmiş: "O, növbəti əməlini törədəndən sonra saxlanılıb. Eev sahibi və onun həyat yoldaşı bağlarında və evində naməlum şəxsin olduğunu görüblər və polisə müraciət ediblər".
Yerli mediada yayılan məlumata görə, kişi quldurluğun çoxdan onun hobbisinə çevrildiyini etiraf edib. O, əməllərini belə izah edib ki, bir tərəfdən özünü pis hiss etməsi onu cinayətlərə sövq edibsə, digər tərəfdən belə bir fəaliyyət ona stressi aradan qaldırmağa kömək edib. Saxlanılan şəxsin sözlərinə görə, mindən çox yapon onun qurbanı olub.
Tural