Ukrayna Silahlı Qüvvələri (VSU) sutka ərzində Kursk vilayətində 250-dən çox hərbçisini itirib. Bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, Ukrayna Silahlı Qüvvələri canlı qüvvə ilə yanaşı, iki tank, bir piyada döyüş maşını, bir zirehli transportyor, iki zirehli döyüş maşını, üç maşın və minaatan itirib.
Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi hava hücumundan müdafiə sistemlərinin 54 təyyarə tipli pilotsuz uçuş aparatını vurduğunu bəyan etmişdi.
Həmçinin, Rusiya hərbçiləri Ukrayna Silahlı Qüvvələrinin Sevastopola hücumunu uğurla dəf edib. Hava hücumu zamanı iki raketin səmada vurulduğu iddia edilir.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural