Atəşkəsdən əvvəl Hizbullahın zavoduna 100 bomba atılıb

Atəşkəsdən əvvəl Hizbullahın zavoduna 100 bomba atılıb
14:55

İsrail Hərbi Hava Qüvvələri Livanla atəşkəs qüvvəyə minməzdən əvvəl Hizbullahın gizli raket zavoduna hücum edib. İsrail əraziyə 100-ə yaxın bomba atıb.

Rusiya mediasının yaydığı məlumata görə,  bu barədə İsrailin “Keshet 12” telekanalı məlumat yayıb.

Zavod Livanın şərqindəki Baalbek şəhəri yaxınlığında yerləşir. Keshet 12-nin məlumatına görə, zərbənin məqsədi Hizbullahı yer-yer tipli raketlər istehsal etmək imkanından məhrum etməkdir.

Hizbullahın obyektini məhv etmək üçün İsrail hərbçiləri bunkerləri məhv edən bombalardan da istifadə ediblər.

Xatırladaq ki, dünən axşam saatlarında İsrail və Livan "Hizbullah"ı arasında atəşkəs əldə edilib. Razılaşma yerli vaxtla səhər saat 04:00-da qüvvəyə minib.

Tural 

Youtube kanalımız

Oxşar xəbərlər