ABŞ Prezidenti Donald Tramp bütün hakimiyyəti öz əlində cəmləmək və avtoritar lider olmaq istəmədiyini deyib.
News365.az xəbər verir ki, Tramp bunu ABC televiziyasına müsahibəsi zamanı bildirib.
Jurnalist ondan “əlində həddən artıq güc cəmləməsi və avtoritar prezidentə çevrilməsi” ilə bağlı bəzi amerikalıların narahatlıqlarını şərh etməsini istəyib. “Onların belə düşünməsini istəməzdim. Mən yalnız bir işlə - ABŞ-ı yenidən möhtəşəm etməklə məşğulam. Ölkəmiz tənəzzülə uğramışdı. Bizim həddən artıq bacarıqsız liderimiz var idi”, - deyə prezident suala cavabında vurğulayıb.
Aprelin 27-də “ABC News” teleradio kompaniyasının, “Washington Post” qəzetinin və “Ipsos” sosiologiya xidmətinin keçirdiyi sorğunun nəticələrinə əsasən, amerikalıların 56 faizi hesab edir ki, Donald Tramp səlahiyyətlərini aşır. Həmçinin respondentlərin 49 faizinin fikrincə, dövlət başçısı dünyada ABŞ-ın liderliyini gücləndirmək əvəzinə daha da zəiflədib.