Tramp Kiyevi Moskva ilə danışıqlara məcbur etmək istəyir - “Reuters“

Tramp Kiyevi Moskva ilə danışıqlara məcbur etmək istəyir  - “Reuters“
25 İyn 2024 12:24

Donald Trampın iki əsas müşaviri-Keyt Kelloq və Fred Fleytz ona prezident seçkilərində qalib gələcəyi təqdirdə Ukraynada müharibəyə son qoymaqla bağlı planı təqdim edib.

News365.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. Qeyd edilir ki, müşavirlərin planına əsasən Ukrayna yalnız sülh danışıqlarına başlayacağı təqdirdə daha çox Amerika silahı alacaq.

"Eyni zamanda, ABŞ Moskvanı da xəbərdar edəcək. Yəni, danışıqlardan hər hansı imtina Ukraynaya dəstəyin daha da artmasına gətirib çıxaracaq", - istefada olan general-leytenant, Trampın milli təhlükəsizlik üzrə müşavirlərindən biri Keyt Kelloq deyib.

Plana görə, başlayacaq sülh danışıqları zamanı cəbhədə toqquşma xətlərində atəşkəs olacaq. Fleytz isə deyib ki, keçmiş prezident strategiyaya müsbət cavab verib: “Mən deyə bilmərəm ki, o, bununla razılaşdı və ya plandakı hər sözlə razıdır. Lakin biz aldığımız rəydən məmnun qaldıq”.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Son bir ayda isə rus qoşunları Xarkov istiqamətində daha çox hücumlar edir, əsas hədəfin bu bölgənin olduğunu nümayiş etdirirlər. 

Tural

News365.az


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər