Tramp İranla sazişə tələsmədiyini bildirib

Tramp İranla sazişə tələsmədiyini bildirib
20:47

ABŞ Prezidenti Donald Tramp bildirib ki, nümayəndələrinə İranla müqavilə bağlamağa tələsmədiyini tapşırıb.

Amerika lideri bunu "Truth Social" sosial şəbəkəsində yazıb.

"Danışıqlar nizamlı və konstruktiv şəkildə davam edir və mən nümayəndələrimə razılaşmanı imzalamaqda tələsməməyi tapşırdım. Zaman bizə işləyir", - Tramp qeyd edib.

Xatırladaq ki, 2026-cı il fevralın 28-də ABŞ və İsrail bir sıra şəhərlərə hava zərbələri endirərək İrana qarşı hərbi əməliyyatlara başlayıb. İran buna cavab olaraq İsrail ərazisinə raket zərbələri endirib və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.

Aprelin 8-nə keçən gecə İran, ABŞ və onların müttəfiqləri iki həftəlik atəşkəs barədə razılığa gəliblər. Daha sonra Ağ Ev rəhbəri Donald Tramp atəşkəs rejimini qeyri-müəyyən müddətə uzadıb. Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar keçirilib. Müzakirələr nəticəsiz başa çatıb.

ABŞ Tehrana təzyiq tədbiri olaraq İran limanlarının və Hörmüz boğazından keçidin blokadaya alındığını elan edib. Öz növbəsində İran Hörmüzün Fars körfəzi ölkələrinə istiqamətlənən gəmilər üçün bağlandığını bəyan edib. Regiondakı vəziyyət qlobal enerji böhranına gətirib çıxarıb.


Sizin reklam burada
Sizin reklam burada