Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində kirayə verilmiş mənzildə tək qalan azyaşlı oğlan uşağı aşkarlanıb.
News365.az xəbər verir ki, evi kirayə götürən qadın uşağını 3 gün öncə evdə qoyaraq başqa yerə gedib.
Azyaşlı qonşuların müraciəti əsasında aşkarlanaraq xəstəxanaya yerləşdirilib.
Ona lazımı tibbi yardım göstərilir.
Faktla bağlı araşdırma aparılır.