Tərtərdə yol qəzası - 3 nəfər yaralandı

Tərtərdə yol qəzası - 3 nəfər yaralandı
13:07

Tərtərdə yol qəzası baş verib.

News365.az xəbər verir ki, hadisə Hindarx Borsunlu avtomobil yolunun Tərtər rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. 

Hərəkətdə olan “Hyundai” markalı avtomobil qarşıdan gələn “BMW” markalı avtomobillə toqquşub.

Qəza nəticəsində 3 nəfər Tərtər sakini - 1998-cil il təvəllüdlü Əsgərzadə Vaqif Yalçın oğlu, 2004-cü il təvəllüdlü  İsayev Elgiz Çingiz oğlu və 1962-ci il təvəllüdlü İsmayılov İlqar İsmayıl oğlu müxtəlif dərəcəli xəsarət alıb.

Onlar Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada