Fransa hökuməti Avropada 700-dən çox supermarketin soyutma sistemlərinə edilən genişmiqyaslı kiberhücumların arxasında İranın dayandığını bəyan edib.
News365.az xəbər verir ki, Fransanın xarici işlər naziri Jan-Noel Barro hücumun miqyasına və aqressivlik səviyyəsinə görə görünməmiş bir insident olduğunu bildirib. Fransa xüsusi xidmət orqanları və kəşfiyyat mənbələrinin məlumatına görə, hücumlar İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli haker qruplaşması tərəfindən həyata keçirilib.
Hakerlər mağazalardakı soyuducu qurğuların temperaturunu tənzimləyən proqram təminatına müdaxilə edərək sistemləri sıradan çıxarıblar. Nəticədə tonlarla ərzaq məhsulu xarab olub və ticarət şəbəkələrinə milyonlarla avro ziyan dəyib. Elektronika məhsulları
Məlumata görə, kiberhücumlar təkcə Fransa ilə məhdudlaşmayıb. Oktyabr ayında Fransada başlayan analoji insidentlər noyabrın əvvəlində Almaniya, Belçika, İsveç, Finlandiya və İtaliyadakı supermarketlərdə də qeydə alınıb.