Zelenski Putinlə Antarktidada da görüşməyə hazırdır

Zelenski Putinlə Antarktidada da görüşməyə hazırdır
19:40

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya lideri Vladimir Putinlə hətta Antarktidada da görüşməyə hazırdır, lakin Moskvada deyil.

News365.az xəbər verir ki, bunu Ukraynanın BMT-dəki daimi nümayəndəsi Andrey Melnik deyib.

"Zelenski Putinlə ilk fürsətdə – dekabrda Floridada G20 sammiti çərçivəsində və ya zərurət yaranarsa, dünyanın istənilən başqa yerində, hətta Antarktidada belə görüşməyə hazırdı, amma Moskvada deyil", - o bildirib.

Diplomat Moskvanın belə bir görüş üçün məqbul yer olmadığını qeyd edib.


Sizin reklam burada
Sizin reklam burada