Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilə bilər

Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilə bilər
15:40

Ermənistan iki ildən artıqdır Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlük haqqı ödəmir. Buna görə İrəvanın təşkilatda səsvermə və vəzifələrə namizəd irəli sürmək hüququndan məhrum edilməsi məsələsi qaldırılıb.

News365.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Onun sözlərinə görə, məsələyə sabah baxılacaq.

Lavrov vurğulayıb ki, belə bir qərar qəbul olunsa belə, Ermənistanın təşkilat çərçivəsində əsas hüquqları qorunacaq.

“Hətta bundan sonra da Ermənistanın KTMT-də bütün əsas hüquqları, o cümlədən təhlükəsizliyinin təmin olunması hüququ saxlanılacaq”, – Rusiya XİN rəhbəri qeyd edib.


Sizin reklam burada
Sizin reklam burada