Bir milləti
məhv eləmək istəyirsənsə ilk növbədə təhsilini əlindən almaq lazımdır. Çox təəssüf
ki, Azərbaycanın təhsil sistemi eksperimentlər poliqonuna çevrilib. Bu səbəbdən
də təhsilimiz labirintə düşüb. Qarşıda isə işıq görünmür.
Mövzu ilə
bağlı danışan təhsil üzrə ekspert Etibar Əliyev deyir ki, dünya siyasətinin arxitektoru, Sülh üzrə
Nobel mükafatı laureatı Henri Kissincer əsərlərinin birində polimat (yunan
dilində “çoxelmlilik”) anlayışına geniş yer verib:
“Polimat-müxtəlif
elm sahələri: ədəbiyyat, incəsənət, təbiət elmləri, mədəniyyət sahələrində dərin
idraka malik olan şəxsdir. Onları çox vaxt universal və intellektual insan da
adlandırırlar. Kissincerə görə Leonardo da Vinçi, İbn Sina, B. Franklin, M.
Lomonosov, əl-Xorezmi, İbn Rüşd, İmmanuil Kant polimat olublar.
Sonradan şəxsi
kitabxanaların miqyası böyüdükcə polimatların sayı artmağa başladı. U. Eko, R.
Dokkinz, Medavar, V. Heyzenberq, Çarlz Snou və başqaları əsl polimatlardır.
Biz belə
adamlara sarkazmla yanaşır və onları "hərşeyşünas" adlandırırıq.
Azad Mirzəcanzadə
əsl polimat idi. Onun əsərlərini oxuyanlar bu xətti açıq-aşkar görürlər. Səbəbi
onun universal kitabxanası və dərin idrakı idi.
Bizim orta və
ali təhsil sistemi uşaqlarda və gənclərdə xətti təfəkkür formalaşdırır. Müəllimlər
idrakın genişləndiriməsi üçün vacib əlavə ədəbiyyatlar tövsiyə edə bilmirlər.
Çünki özləri oxumurlar. Məktəb və universitet kitabxanalarında mütaliə kursları
keçilməlidir. Belə bir kursu apara biləcək bir neçə şəxs var. Lakin maraq
yoxdur. Belə getsə heç olmayacaq da! Səbəb sadədir: narsisizm xəstələyi buna
imkan vermir”.
News365.az