TƏBİB: Yanğın zamanı tüstüdən zəhərlənən 4 nəfərdən 2-nin durumu orta ağırdır

TƏBİB: Yanğın zamanı tüstüdən zəhərlənən 4 nəfərdən 2-nin durumu orta ağırdır
24 Avq 2025 16:37

“Sədərək” ticarət mərkəzində yanğınla əlaqədar təcili tibbi yardım briqadasına ümumilikdə, 4 nəfərin (kişi cinsli) müraciəti qeydə alınıb.

TƏBİB-dən News365.az-a bildirilib ki, onlardan 2 nəfər ilkin tibbi yardımdan sonra Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.

Hər iki şəxsə tüstüdən zəhərlənmə diaqnozu təyin olunub və zəruri tibbi xidmət göstərilib. Vəziyyətləri orta ağır qiymətləndirilir, müalicələri davam etdirilir.

Digər 2 nəfərə (kişi cinsli) isə təcili tibbi yardım briqadası tərəfindən yerində tibbi yardım göstərilib.

***

24 avqust tarixində saat 11:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Qaradağ rayonu, "Sədərək" ticarət mərkəzi ərazisində yanğın hadisəsinin baş verməsi ilə bağlı çağırış daxil olub.

News365.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, çağırış əsasında ilkin olaraq 3 təcili tibbi yardım briqadası ünvana cəlb olunub.

Əlavə məlumat veriləcək.


Sizin reklam burada
Sizin reklam burada