Tbilisidən qalxan təyyarə qəza enişi etdi

Tbilisidən qalxan təyyarə qəza enişi etdi
18:00

“Georgian Airways” təyyarəsi Tibilisidə təcili eniş edib.

Təyyarə Gürcüstan paytaxtından qalxdıqdan sonra kabin təzyiqi aşağı düşüb. Oksigen maskaları bütün sərnişinlərin başlarının üzərindəki xüsusi panellərdən avtomatik olaraq düşüb və təyyarə şiddətlə silkələnib.

Sərnişinlər xəsarət almayıb. Təyyarə Tibilisiyə qayıdıb və təhlükəsiz şəkildə yerə enib.


Sizin reklam burada
Sizin reklam burada