"Tbilisidəki etirazlar Gürcüstanın siyasi yetkinliyini göstərir"- Tural İsmayılov

"Tbilisidəki etirazlar Gürcüstanın siyasi yetkinliyini göstərir"- Tural İsmayılov
14:05

Politoloq Tural İsmayılov Tbilisidə baş verən etirazlar və Avropa dairələrinin reaksiyasını Gürcüstanın siyasi müstəqilliyi və yetkinliyi prizmasından dəyərləndirib.

Onun sözlərinə görə, bu hadisələr göstərir ki, Gürcüstan rəhbərliyi qərarlarını daxili ictimai-siyasi balans və milli maraqlar nəzərə alınmaqla verir, xarici təzyiqlərə tabe olmur.

İsmayılov bildirib ki, Avropa İttifaqının nümayəndəsi Elina Valtonenin bəyanatında balanssızlıq hiss olunub və bu, Tbilisidə əhalinin narazılığına səbəb olub:

“Gürcüstan Avropa ilə əməkdaşlığını davam etdirir, amma artıq ‘itaət edən tərəf’ deyil, öz qərarlarını verən müstəqil aktordur. Bu, hər bir dövlət üçün müstəqilliyin real göstəricisidir,” – deyə ekspert vurğulayıb.

O əlavə edib ki, Baş nazir İrakli Kobaxidze üçün bu addım həm daxili legitimliyi gücləndirir, həm də xaricə “biz öz yolumuzu bilirik” mesajı verir.

“Tbilisi Cənubi Qafqazda sabitlik və siyasi iradə baxımından nümunəvi dövlət obrazı yaradır. ATƏT sədrinin bəyanatları qısa müddətdə gərginlik yarada bilər, amma uzunmüddətli perspektivdə milli həmrəyliyin möhkəmlənməsinə səbəb olacaq,” – deyə Tural İsmayılov bildirib.

Ekspertin fikrincə, bu hadisə Gürcüstanın Qərbə inteqrasiya kursunda ‘kor təqlid’ mərhələsindən ‘şüurlu seçim’ mərhələsinə keçdiyini göstərir:

“Gürcüstan artıq ‘bəyənilmək üçün yox’, ‘hörmət olunmaq üçün’ siyasət aparır və bu, dövlət ağlının göstəricisidir.”

News365.az


Sizin reklam burada
Sizin reklam burada