Tanınmış jurnalist Arzu Qaziyeva Xoşqədəm Hidayətqızını təbrik etdi.
News365.az jurnalistin paylaşımını təqdim edir:
"Xoşqədəm Hidayətqızının müəllifi olduğu "Səni axtarıram" layihəsinin 15 yaşı tamamdır. Azərbaycan televiziya məkanında hələ heç bir müəllif layihəsi bu qədər müddət davam etməyib. Söyülsə də, bir tv-dən digərinə "atılsa" da yayımı davam etməkdədir və izləyicilərini itirmir.
Verilişin təqdimatı tənqidi mübahisə və müzakirə doğursa da, bu ayrıca mövzudur, bu veriliş sayəsində yüzlərlə itkin düşmüş adamların tapılması, yüzlərlə konspiroligiyaların, ehtimalların dəqiqləşdirilməsi təkzibedilməz fakt olaraq qalır.
Sevsək də, sevməsək də "Səni axtarıram" insan taleləri və hekayələri əsaslı sosial yükü olan veriliş kimi televiziyalar tarixinə düşüb.
Təbriklərim!